2 sentyabr 2014 - 04:14
Beynəlxalq “İŞİD” terrorçuları Bağdadda növbəti iki terror aktı törədib, 12 günahsız insan Şəhid olub

Polis nümayəndəsi radiostansiyaya açıqlamasında Şəhid olanların sayının artacağını istisna etməyib.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Bağdadda beynəlxalq “İŞİD” terrorçuları tərəfindən hazırlanmış iki minalanmış avtomobilin partladılması nəticəsində 12 günahsız vətəndaş Şəhid olub, 41 nəfər isə yaralanıb.

Bu haqqda RİA Novosti agentliyi İraqın “Şəfəq FM” radiostansiyasına istinadla xəbər verib.

Polis nümayəndəsi radiostansiyaya açıqlamasında Şəhid olanların sayının artacağını istisna etməyib.

Qeyd edək ki, baş vermiş terror aktları İraq paytaxtının cənub hissəsində 5 dəqiqə intervalla törədilib.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır

Tags