29 avqust 2014 - 06:54
İŞİD-dən dəhşətli açıqlama: "Kürdlərin başlarını kəsəcəyik"

"İraq və Şam İslam Dövləti" (İŞİD) terror təşkilatı Suriyanın şimalındakı Rəqqa vilayətində yerləşən Təbqa aviabazasını ələ keçirəndən sonra 300 suriyalı hərbçini soyunduraraq səhrada güllələyib.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən,İraq və Şam İslam Dövləti" (İŞİD) terror təşkilatı Suriyanın şimalındakı Rəqqa vilayətində yerləşən Təbqa aviabazasını ələ keçirəndən sonra 300 suriyalı hərbçini soyunduraraq səhrada güllələyib.

Suriya Hərbi-Hava Qüvvələrinin aviabazasında xidmət etmiş hərbçilərdən olan bu şəxslər Rəqqanın yaxınlığındakı qumsallıqda sıraya düzülərək edam olunublar.

Bu qanlı olaydan cəmi iki saat sonra İŞİD İraqın şimalında, Mosul şəhərində onlarla kürdü edam edib.

Aylar əvvəl ələ keçirdikləri Mosul şəhərindəki məscidlərin birinin qarşısına İraqın şimalındakı Kürdüstan Muxtariyyətinin silahlı dəstələri olan "peşmərgə"lərin 15 hərbçisini düzən İŞİD təkfirçiləri onların əyinlərinə narıncı paltarlar geyindiriblər.

Bu geyim ABŞ-ın Kubadakı Quantanamo hərbi həbsxanasında saxlanan məhbuslara geydirilən uniformadır. İŞİD yaydığı videoda ABŞ-a müraciət edərək İraqdakı hərbi əməliyyatlara son qoymayacağı təqdirdə daha çox əsirin edam olunacağını bildirib: "Kürdlər bizə qarşı vuruşurlar. Onların başlarını çoxdan əzərdik, məğlub edərdik, amma kürdlərə amerikalılar hər cür yardım edirlər. Amerikalıların və xüsusilə də prezident Barak Obamanın nəzərinə çatdırırıq: İraqdan geri çəkilməsəniz, kürdlərin edamlarına davam edəcəyik".

Açıqlamadan sonra kadrdakı İŞİD terrorçuları kürdlərin başlarını kəsməyə başlayıblar.

Bu videonu İŞİD Twitter və sosial şəbəkələrdə "#2ndAmessagetoAmerica" (Amerikaya ikinci mesaj) heşteqi ilə yayıb.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır

Etiketlər