24 avqust 2014 - 04:39
Livandan İsrailə raket zərbəsi

Raket Akko şəhərinin şərq hissəsinə düşüb.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Livandan İsrail ərazisinə raket zərbəsi endirilib

Raket Akko şəhərinin şərq hissəsinə düşüb.

Dağıntılar və xəsarət alanlar barədə məlumat verilmir.

Son illər ərzində İsrailin ərazisi dəfələrlə Livandan raket hücumuna məruz qalıb. Hələ ki, heç bir qruplaşma hadisəyə görə məsuliyyəti öz üzərinə götürməyib.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır

Etiketlər