Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Rusiya və Çin Amerika qitəsini silahlandırır
Venesuela prezidenti Nikola Maduro ordunun gücləndirilməsi üçün Rusiya və Çindən silah alacaqlarını açıqlayıb.
Rusiya prezidenti Vladimir Putin və Çin prezidenti Xi Jin-ping ilə görüşdüyünü deyən Maduro orduda əsaslı dəyişikliklər edəcək silahların yaxın zamanlarda Venesuelaya gətiriləcəyini bildirib.
Qeyd edək ki, Rusiya müdafiə sənayesinin ixracat şirkəti olan “Rosoboronexport” 2005-2009 illəri arasında Venesuela ilə təxminən 30 hərbi razılaşma imzalayıb. Dünya Silah Ticarəti Araşdırmalar Mərkəzinin məlumatlarına görə, 2012-2015 illər arasında Rusiya Venesuelaya Hindistandan sonra 3,2 milyard dollar ilə ən çox silah satan ikinci ölkə olacaq.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır