23 iyul 2014 - 15:38
Din adamından hökm: “Qəzza yer üzündən silinməlidir”

Yəhudi din adamı Dov Lior “Tövrat”ı mənbə göstərərək Qəzzada yaşayan fələstinli uşaq, qadın və yaşlıların öldürülməsini dəstəkləyib.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən,Irqçi vəkil yəhudi din adamı Haham Dov Lior Qəzzada uşaq, qadın, yaşlı fərqi qoymadan, xüsusi ilə də qəzzalı anaların öldülüməsini dəstəkləyərək bu ölkənin yox edilməsinin dində də gərəkli olması haqda hökm verib.

Haham verdiyi hökmü belə açıqlayıb:

“Tövrat bütün savaşlarda yəhudilərə hücum edən düşmən xalqlara qarşı ayrı-seçkilik etmədən hər cür hücum etməyə icazə verir. Yəhudilərə düşmən kəsilənlərə onların əsgərləri ilə yanaşı bütün varlıqlarını yox etməyi lazım bilir”.

Dini lider yəhudilər əsgərlərin zərər görməməsi üçün hökumətin İsrail ordusuna Qəzzanı tamamilə məhv etmək məsələsində dəstək verəcəyini də bildirib.

Bir müddət öncə İsrailli qadın millət vəkili Ayelet Şaked də Qəzzadakı soyqırımı dəstəkləyərək, “düşmənlərin qanı əlimizdə olmalıdır və onların anaları da öldürülməlidir ki, oğullarının arxalarından getmələri ədalətli olsun”, - deyə bildirmişdi.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır

Etiketlər