23 iyul 2014 - 12:46
Türk polisindən şok əməliyyat: 103 nurçu saxlanıldı

Türkiyədə hazırda ABŞ-da yaşayan ictimai-dini xadim Fətullah Gülənin tərəfdarlarına qarşı əməliyyat çərçivəsində saxlanılanların sayı artıq 103 nəfərə çatıb.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Türkiyədə hazırda ABŞ-da yaşayan ictimai-dini xadim Fətullah Gülənin tərəfdarlarına qarşı əməliyyat çərçivəsində saxlanılanların sayı artıq 103 nəfərə çatıb.

Saxlanılanlar arasında İstanbul polisinin sabiq rəisi Erkan Erçıktı da var.

İyulun 22-dən Türkiyənin güc strukturlarında Gülən hərəkatının tərəfdarlarının kadr təmizləməsi aparılır. Kadr təmizləmələri ölkənin 25 dairəsindəki güc strukturlarında həyata keçirilir.

Saxlanılanlar arasında Türkiyə kəşfiyyatının İstanbul şöbəsinin sabiq rəisi Əli Fuad Yılmazer də var.

Axar.az

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır

Etiketlər