22 iyul 2014 - 06:14
Ramiz Mehdiyev yeni sədri təqdim edir

ötən gün prezidentin sərəncamı ilə Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri vəzifəsinə təyin olunan YAP icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlının komitənin kollektivinə təqdim olunma mərasimi keçirilir. Yeni sədri kollektivə Prezident Administrasiyasının icra aparatının rəhbəri Ramiz Mehdiyev təqdim edir.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən,ötən gün prezidentin sərəncamı ilə Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri vəzifəsinə təyin olunan YAP icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlının komitənin kollektivinə təqdim olunma mərasimi keçirilir. Yeni sədri kollektivə Prezident Administrasiyasının icra aparatının rəhbəri Ramiz Mehdiyev təqdim edir.

Qeyd edək ki, yeni sədr Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini fərqlənmə diplomu ilə bitirib. Tarix elmləri namizədi, dosentdir. Çoxsaylı elmi, elmi-publisistik, nəzəri, politoloji məqalələrin, bir neçə kitabın müəllifidir. Həmçinin Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosenti, Yeni Azərbaycan Partiyası Siyasi Şurasının və İdarə Heyətinin üzvü, partiyanın icra katibinin müavinidir.

Birinci, ikinci və üçüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub. 2010-cu il noyabrın 7-də yenidən Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilmişdir. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvüdür.

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Məclisində Azərbaycan nümayəndə heyətinin üzvü və komitə sədrinin müavinidir.

Azərbaycan Respublikası Prezidentinin 21 iyul 2014-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilib.

Faktxeber.com

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır

Etiketlər