Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, İsrail “Həmas”ın liderinin evini bombardman edib
“Həmas” lideri Mahmud Əl- Zaharın evi İsrail aviasiyası tərəfindən bombardman edilərək dağıdılıb.
APA-nın “Gazeta.ru” saytına istinadən verdiyi xəbərə görə, şahidlər bombardman zamanı evdə heç kimin olmadığını bildiriblər.
Məlum olduğu kimi, bundan əvvəl də İsrail təyyarələri "Həmas" liderlərinin Qəzzadakı yaşayış yerlərini bombardman edib. Hərəkat rəsmilərinin hücumlar zamanı xəsarət alıb-almamaları barədə dəqiq məlumat yoxdur.
APA
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır