Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən,
İranın Az. R-dakı səfiri söyləyib: İki ölkə əlaqələri inkişaf halındadır.
Möhsün Pakain İranın beynəlxalq xəbər kanalı ilə müsahibədə əlavə edib: Tehran-Bakı əlaqələri İlham Əliyevin İrana səfərindən sonra yeni fazaya daxil olub.
Pakayin iki ölkənin mədəni, dini və tarixi sahələrdə geniş ortaqlıqlarına işarə edərək bildirib: İki ölkə əlaqələri hazırkı şəraitdən daha çox inkişaf edə bilər və İran və Az. R. rəsmilərinin təşəbbüsü ilə genişlənəcək.
Pakayin həmçinin İran və Az. R-nın avqustun 5-6 Bakıda müştərək iqtisadi komissiya keçirəcəyi xəbərini verərək söyləyib: Həmin Komissiyada ticarət, enerji və nəqliyyat mövzuları araşdırılacaq.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır