27 iyun 2014 - 14:34
"Qəti qərarı parlament verir"

İranın xarici işlər naziri deyib : İran və Altılıq qrupunun konkret nüvə razılaşmasının mühüm prinsiplərindən biri agentliyin əlavə protokolunu qəbul etməkdir.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən,İranın xarici işlər naziri deyib : İran və Altılıq qrupunun konkret nüvə razılaşmasının mühüm prinsiplərindən biri agentliyin əlavə protokolunu qəbul etməkdir.

Məhəmməd Cavad Zərif eyni halda bəyan edib : Əlavə protokolun qəbul edilməsi haqda qəti qərarı İran islam şurası məclisi çıxaracaq.

İRNA xəbər verir : İranın xarici işlər naziri bu ölkə tərəfindən əlavə protokolun imzalanması barədə deyib : Əgər konkret nüvə razılaşması töhfəsini versə , mətni dəqiq şəkildə yazılsa və İranla Altılıq Qrupu onu imzalasa ,onda agentliyin əlavə protokoluna qoşulmağın qəbul edilməsi əsas prinsiplərindən biri olacaq.

İran atom enerjisi təşkilatının sözçüsü Behruz Kəmalvəndi də bazar ertəsi günü demişdir : Əgər sanksiyalar ləğv edilsə , düşmənçiliklər aradan qaldırılsa və İranın nüvə məsələsi ilə əlaqədar problemlər öz həllini tapsa , İran İslam Şurası Məclisi layihəni təsdiqlədikdən sonra, rəsmi Tehran əlavə protokolu imzalayacaq .

İran və Altılıq qrupunun Tehranın nüvə fəaliyyətləri haqda növbəti danışıqları iyulun ikisində Vyanada keçiriləcək.

Danışıqların bu turunda tərəflərin razılığa gəldiyi təqdirində konkret nüvə razılaşmasının mətni yazılacaq.

Tehran Radiosu

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır

Etiketlər