Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən,Suriya-İraq sərhəddində olan “Nusra Cəhbəsi”nin bəzi qrupları İŞİD-ə beyət edib“Əl-Qaidə”-nin Suriya qolu olan “Nusra Cəhbəsi” terror təşkilatının bəzi qrupları İŞİD terror təşkilatına beyət etdiklərini bəyan ediblər.
Beyət Suriya ərazisində Əbu-Kamal şəhərində baş tutub. Beyət edən terroçular Suriya-İraq sərhəddində yerləşən dəstələrin üzvləridir.
Qeyd edək ki, İŞİD terrorçuları və “Nusra Cəhbəsi” terrorçuları bir-birlərini təkfir ediblər.
islamazeri.az
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır