Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən,İran İslam Respublikasının Avropa Birliyi ilə Parlament əlaqələri üzrə qrupunun sədri Avropa Birliyinin anti-İran qətnaməsini pisləyib.
İran parlamentinin Avropa parlamenti ilə əlaqə qrupunun sədri Kazim Cəlali ötən gün (bazar 15 iyun) Avropa Parlamentinin Xarici Siyasət komitəsinin sədri Elmar Bruk və Almaniya parlamentinin xarici əlaqələr komitəsinin üzvü Rudrik Kis Vetr ilə Tehranda görüşərək, İran İslam Respublikası Parlamenti iə Avropa Parlamenti arasındakı əlaqələrin inkişafa yönəlməsini xartırladaraq deyib: İran İslam Şurası Məclisi ilə AP arasısında əlaqələrin yüksəlməsinə rəğmən və İranda yeni hökumətin seçilməsi və nüvə müzakirələrinin ali səviyyədə keçirildiyi halda qəbul edilən qətnamə atmosferi təmamilə dəyişdi.
Avropa Parlamentinin keçmiş üzvləri ötən apreldə anti-iran qətnamə qəbul etmişlər.
İran Parlamentinin AP ilə əlaqə qrupunun sədri açıqlayıb: İran müxalifətinin bəzi qrupları, o cümlədən terrorçu Munafiqlər qruplaşmasının bəzi üzvlərinin AP-də fəal şəkildə iştirak etmələri heyrətləndiricidir və Avropanın yeni parlamentinin, İran xalqı və hökumətinin həqiqi nümayəndələrinin səslərini eşitməsi lazımdır.
Cəlali açıqlayıb: İran İslam Respublikası AP-dən gözləyir ki, İran xalqının real səsini eşitsin zira ağıl və dialoq üzrə problemləri həll etmək mümkündür.
İran İslam Şurası Məclisinin Tədqiqat Mərkəzinin sədri təkidlə bildirib ki, İran İslam Respublikası Parlamenti ilə Avropa Parlamenti arasında müzakirələrin aparılması gələcəkdə böyük bir anlaşmanın əldə edimləsinə gətirib çıxara bilər, lakin bu anlaşmanın əldə edilməsinin ön şərti Avropa Parlamentində ifratçılığın nəzarətə alınmsından ibarətdir.
Tehran Radiosu