15 iyun 2014 - 20:23
Cəhangiri 77 qrupunun zirvə toplantısında

77 Qrupunun təsis edilməsinin 50-ci ildönümü mərasimində İrandan vitse prezident İshaq Cəhangiri iştirak edib.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən,

77 Qrupunun təsis edilməsinin 50-ci ildönümü mərasimində İrandan vitse prezident İshaq Cəhangiri iştirak edib.

Prezident ofisinin informasiya mərkəzinin saytı məlumat verib : Boliviyada keçirilən həmin mərasim bazar gününə kimi davam edəcək və İİR prezidentinin birinci müavini bazar günü həmin tədbirdə çıxış edəcək.

77 qrupunun Boliviya iclasında 77 üzvün rəhbərləri və rəsmilərindən əlavə , BMT –nin baş katibi və baş assambleyasının rəhbəri də iştirak edirlər.

77 qrupu BMT üzvü olan inkişaf halındakı dövlətlərin ən böyük təşkilatıdır və 1964-cü il iyun ayında Cenevrədə təsis edilib, hazırda 132 ölkə ona üzvüdürlər.

Tehran Radiosu

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır

Etiketlər