Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən,İran İslam Respublikasının Bakıdakı səfiri İranın şimal qərbində yerləşən Makı Azad İqtisadi Məntəqəsinə baxış keçirdikdən sonra, Azərbaycan R-ı iqtisadi fəallarını bu məntəqədə investisiya yatırmağa çağırıb.
İRNA-nın verdiyi məlumata əsasən, Möhsen Pakayin ötən gün (çərşənbə 28 may) Makı Azad Ticarət Məntəqəsinin rektoru Hüseyn Furuzan ilə görüşdə, uyğun coğrafi mövqeyi, zəngin mədənlər, münbit əkin sahələri, və İran-Avropa marşrutunda yerləşəməsini Makı Azad Ticarət Zonasının özəl xüsusiyyətlərindən sayıb.
Pakayin deyib: Makı Azad Ticarət Zonası investisiya yatırmaq üçün önəmli potesnsiala malikdir və bu məqsədə nail olmaq üçün investorlar ilə məntəqə məsulları arasında qarşılıqlı əlaqələrin yaradılması, regionun iqtisadi inkişafına gətirib çıxara bilər.
Makı Azad Ticarət Zonası Təşkilatının sədri həmçinin bu görüşdə regionun iqtisadi potensiallarına toxunaraq deyib: Makı Azad Ticarət Zonası İranın ən iri azad ticarət məntəqəsi kimi, hazırda müxtəlif sahələrdə, o cümlədən sənaye sahəsində daxili və xarici investorları qəbul etməyə hazırdır.
Furuzan Makı Azad Ticarət Zonasının Azərbaycan R-nın qonşuluğunda olduğunu deyərək əlavə edib ki, Makı Azad Ticarət Zonası, Azərbaycan R-ı və Türkiyə başda olmaqla qonşu ölkələrlə bütün münasibətlərin genişləndiriməsini müsbət qarşılayır.
Makı Azad Ticarət Zonasının sədri, İran İslam Respublikası və Azərbaycan R-ı arasındakı əlaqələrin, region ölkələri üçün nümunə olacağını arzulayıb.
Tehran Radiosu
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır