Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən,Musarza Heydərov sabah həbsdən çıxır
Musarza Heydərovla saxlanılan digər 3 nəfərə isə 9 ay müddətinə həbs olunub.Xəbər verdiyimiz kimi sabah Musərza Heydərov saxlanıldığı Bakı İstintaq Təcridxanasından (Kürdəxanı) sərbəst buraxılacaq.İslamazeri.az-ın verdiyi xəbərə görə, Musarza Heydərov ilahiyyatçı Hacı Tale Bağırovun məhkəməsində yaranmış insident zamanı həbs olunmuşdu. O, polisə müqavimət göstərməkdə ittiham olunub.
Sabunçu rayon məhkəməsi islamçıya 7 ay müddətinə həbs qərarı verib. Vəkil Dilqəm Əhmədovun İslamazeri.az-a verdiyi xəbərə görə, Musarza Heydərov saat 10:00-dan sonra həbsdən buraxılması gözlənilir.
islamazeri.az
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır