Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən,İran İslam Şurası Məclisinin 9-cü dövr nümayəndələri 187 səslə Əli Laricanini bir daha İslam Şurası Məclisinin sədrliyinə seçiblər.
Laricaninin rəqibləri Əhmədi Bəxşeyişi 32 səs, Bəhram Piranvənd 26 səs qazana biliblər.İran İsalm Şurası Məclisinin daxili məramnaməsinə əsasən, İslam Şurası Məclisinin İdarə heyəti, parlamanet sədri, iki sədr əvəzedici, 6 katib və 3 nəzarətçidən ibarətdir.
Qeyd edək ki, Laricani 3-cü dövrdür İran Parlamentinin spikeri seçilir.
islamazeri.az
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır