Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən,Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Qüdsün fələstinlilərə aid olduğunu bəyan edib. Nazir bu bəyanatı Ankarada "Qüdsün taleyini müzakirə edirik" adlı aksiyada çıxış edərkən bildirib.
Davudoğlu qeyd edib ki, İsrail 1948-ci ildən bəri Fələstin torpaqlarını işğal edir və o ümüd edir ki, Fələstin dövləti BMT-nin tamhüquqlu üzvü olacaq.
Qeyd edək ki, İsrail tərəfi türkiyəli nazirin sözlərinə hələlik heç bir münasibət bildirməyib.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır
İslaminsesi.az