9 may 2014 - 00:21
Belə ki, azad edilən pullar Mərkəzi Bankın hesabına köçürülüb

İRNA-nın məlumatına görə İranın Mərkəzi Bankının ictimai əlaqələr şöbəsi cümə axşamı günü bildirib ki, azad edilmiş pulların köçürülməsi üçün İran tərəfindən bank və bank hesabının müəyyənləşdirilməsinin ardınca dondurulmuş neft pullarından daha bir milyard dolları azad edilərək, İranın Mərkəzi Bankının Birləşmiş Ərəb Əmirliklərinin Mərkəzi Bankındakı hesabına köçürülüb

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən,İran İslam Respublikasının Mərkəzi Bankı Cenevrə anlaşması əsasında İranın dondurulmuş neft pullarının azad edilməsi prosesinin 4-cü və 5-ci mərhələlərinin də icra olunduğundan xəbər verib. Belə ki, azad edilən pullar Mərkəzi Bankın hesabına köçürülüb.

İRNA-nın məlumatına görə İranın Mərkəzi Bankının ictimai əlaqələr şöbəsi cümə axşamı günü bildirib ki, azad edilmiş pulların köçürülməsi üçün İran tərəfindən bank və bank hesabının müəyyənləşdirilməsinin ardınca dondurulmuş neft pullarından daha bir milyard dolları azad edilərək, İranın Mərkəzi Bankının Birləşmiş Ərəb Əmirliklərinin Mərkəzi Bankındakı hesabına köçürülüb.

İranın dondurulmuş neft pullarının azad edilməsi əməliyyatının 5-ci mərhələsinin icra edilməsi ilə Cenevrə anlaşması əsasında azad edilməli olan İranın dondurulmuş neft pullarından indiyə kimi 2 milyard 550 milyon dolları azad edilərək, İranın Mərkəzi Bankının hesabına köçürülüb. Cenevrə anlaşmasına əsasən ümumilikdə İranın dondurulmuş neft pullarından 4.2 milyard dolları azad edilərək, İranın Mərkəzi Bankının hesabına köçürülməlidir.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır

Tehran Radiosu

Tags