4 may 2014 - 06:28
Putinlə danışandan sonra özünü güllələdi

Rusiyanın “Birinci kanal”ının direktoru Konstantin Ernstin “Qazprom” direktoru Aleksey Miller və Prezident Vladimir Putinlə uzun-uzadı telefon danışıqlarından sonra özünü güllələdiyi bildirilir.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Rusiyanın “Birinci kanal”ının direktoru Konstantin Ernstin “Qazprom” direktoru Aleksey Miller və Prezident Vladimir Putinlə uzun-uzadı telefon danışıqlarından sonra özünü güllələdiyi bildirilir.

Qeyd edilir ki, Rusiya dövlət başçısı və “Qazprom” şırkətinin rəhbəri ilə həyacan dolu danışıqlardan sonra öz evinə gələn və şəxsi otağına girən Ernst özünü güllələyib. Güllə səsini onunla bir evdə yaşayan Larisa Sinelşikova eşidib.

Konstantin Ernstin Kliniki Xəstəxanaya yerləşdirilib. Çənə və dil nahiyələrindən güllə yarası alan Baş direktor hazırda hüşsuz vəziyyətdədir

Xatırladaq ki, “Birinci kanal”ın mətbuat katibi və həkimlər hadisəni şərh etməkdən imtina ediblər.

Onu da qeyd edək ki, Soçidə keçiriilən qış olimpiya oyunlarının açılış mərasiminin quruluşu məhz Konstantin Ernstə həvalə olunmuşdu.

 

Axar.az

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır

Etiketlər