23 aprel 2014 - 01:36
İran və Azərbaycan dəmiryolları birləşdiriləcək

Azərbaycanın İrandakı səfiri Cavanşir Axundov İran və Azərbaycan arasında olan tarixi əlaqələrdən və Tehran-Bakı münasibətlərinin yeni müstəvidə inkişafından danışıb

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, İran və Azərbaycan dəmiryolları birləşdiriləcək
Azərbaycanın İrandakı səfiri Cavanşir Axundov İran və Azərbaycan arasında olan tarixi əlaqələrdən və Tehran-Bakı münasibətlərinin yeni müstəvidə inkişafından danışıb.
Cavanşir Axundov İranın Ərdəbil əyalətinin başçısı Məcid Xudabaş ilə görüşü zamanı iki ölkə arasındakı iqtisadi əlaqələrin qurulmasının vaxtının gəlib çatdığını söyləyib.
Hər iki ölkə dəmiryollarının birləşdirilməsinə işarə vuran Axundov Ərdəbil dəmiryolu layihəsinin tezliklə tamamlanmasının və Azərbaycan dəmiryolları ilə birləşdirilməsinin ikili iqtisadi münasibətlərə yaxşı təsir göstərəcəyini qeyd edib.
Görüş zamanı Ərdəbil əyalətinin başçısı Məcid Xudabaşı isə prezidentlərin görüşünün hər iki ölkə və millətlər arasında yaxınlıq əlaqələrinin inkişafına zəmin yaratdığını bildirib./
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır

Faktxeber.com

Tags