Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, İraqın Baş Naziri Livanın əl-Mənar TV kanalı ilə müsahibəsində bildirib: “Mən heç bir zaman İraqın təcziyyə olunması və parlament seçkilərinin təxirə salıması məsələsi ilə razılaşa bilmərəm.”
“İstər Kürdüstan iqlimi və istərsə də digərlərinin ölkəni parçalayaraq ayrılmaq haqqları yoxdur.”- deyə Baş Nazir bildirib.
Nuri Maliki cənabları daha sonra deyib: “Bu növ müraciətlər İraqı vahid və müstəqil bir dövlət kimi tanıyan ölkənin Əsas Qanunu konstitusiya ilə ziddiyət təşkil edir.”
İraq Respublikasının Baş Naziri daha sonra bildirib: “İraqda tayfa və yaxud məzhəb höküməti hakim deyil. İraq siyasi qruplaşmalardan ibarət təşkil olunmuş hakimiyyət üzərində qurulub. Siyasilərimiz də İraq xalqının rəyin qazanmaq üçün bu məsələləri bəyan edirlər.”
ABNA- Xəbər Agentliyi
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır