15 mart 2014 - 20:30
“İŞİD” yaraqlıları “ASO” terrorçularının yüksəkrütbəli zabitini öldürdü + Foto

Məlumata görə, qondarma “ASO” adlı terrorçu təşkilatına qoşulan Suriya Milli Ordusunun fərari zabiti Əhməd Məşəl 4 gün öncə İdlib şəhərinin Bəsqəla məntəqəsində qondarma “İŞİD” adlı yaraqlılar tərəfindən öldürülüb.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, İran İslam Respublikasının Suriyada aktiv fəaliyyət göstərən əl-Aləm TV kanalının müxbiri, qondarma “Azad Suriya Ordusu” (ASO) adlı terrorçu qrulaşmanın yüksək rütbəli zabitinin qondarma “İraq və Şam İslam Dövləti” (İŞİD) adlı azğın təkfirçi ünsürləri tərəfindən öldürüldüyü xəbərini verib.

Məlumata görə, qondarma “ASO” adlı terrorçu təşkilatına qoşulan Suriya Milli Ordusunun fərari zabiti Əhməd Məşəl 4 gün öncə İdlib şəhərinin Bəsqəla məntəqəsində qondarma “İŞİD” adlı yaraqlılar tərəfindən öldürülüb.

Yaraqlı qruplaşmalara aid sosial şəbəkələrin verdiyi məlumatda isə bildirilir: “Güllə yarası ilə öldürülmüş Aso-nun zabiti Əhməd Məşəlin cəsədi İdlib şəhərinin əl-Məqale məntəqəsində tapılıb.”

SANA xəbər agentliyinin hərbi resurslara istinadla verdiyi məlumatına görə, Suriya Milli Ordusunun Yəbrud şəhərində irəliyişləri davam edir. Rif əyalətinin Yəbrud şəhərinin cənub şərqindəki yüksəliklər və sair məntəqələr artıq Dövlət Qvvələrinin nəzarəti altına keçib.

Suriya Milli Ordusu Yəbrudun şimal şərqində apardığı əməliyyatlarda terrorçuların gizli qərərgahlarını dağıdıb. Əməliyyat zamanı bir çox terrorçu öldürülmüş və bir qismi də müxtəlif dərəcəli bədən xəsarətləri alaraq yaralandıqları bildirilir.

Suriya Milli Ordusunun Hələb şəhərinin müxtəlif bölgələrində də Təmizlənmə Əməliyyatlarının aparıldığı qeyd edilib. Əməliyyatlar zamanı bör çox terrorçunun ölü düşmüş və digərlərinin isə yaralandığı məlumatı verilib.

Suriya Ordusunun habelə Hələb rayonunun Hilyan, Əndan, Hirrə, Cubeylə, Təllətul Muzafə, Rəsmul Əbud, Cədidə, Ərbid, Mənsurə, Kufr Həmrə, Dərfətul Səfrə, Əzan, Əbtin və Kuveyrəs məntəqələrində yerləşən yaraqlıların gizli qərəgahlarına qarşı da hücuma keçdiyi deyilir.

SANA xəbər agentliyinin məlumatına görə, Homs rayonunda isə 86 yaraqlı silahlarını yerə qoyaraq Suriya Milli Ordusuna təslim olub.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır