10 mart 2014 - 20:30
ABNA, 16 martdan 20-nə kimi saytda bəzi problemlərin yaşanacağı haqda bəyanat verir

Bəyanatda həmçinin Afrika Şiələrinin istəyi ilə saytımızın dünyanın diri dillərindən biri olan “Husa” dilində fəaliyyətə başlayacağı haqda da məlumat verilib. Beləliklə də ABNA.CO saytı yeni ildə 20 dildə öz fəaliyyətinə başlayacaqdır.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, ABNA- Xəbər Agentliyinə məxsus saytın yeni növü ilin başlanğıcı olan Növruz Bayramında istifadəyə veriləcək.

Bununla bağlı saytın müdüriyyəti tərəfindən 16 martdan 20-mi marta kimi saytın arxivinə girişdə mümkün problemlərin baş verə biləcəyi haqda bildiriş yayımlanaraq saytımızın hörmətli ziyarətçilərindən qabaqcadan üzürxahlıq edilib.

Bəyanatda deyilir ki, saytın yeni növü www.abna.co ünvanı ilə martın 16-dan öz işinə başlayacaq. Və elə həmin gündən bəri www.abna.ir ünvanının arxiv bölümünə giriş qeyrimümkünləşəcək. Amma keçmiş məlimatları əldə etmək istəyənlər saytın yeni ünvanının arxiv bölümünə müraciət edə bilərlər.

Qeyd edək ki, bəyanatda həmçinin Afrika Şiələrinin istəyi ilə saytımızın dünyanın diri dillərindən biri olan “Husa” dilində fəaliyyətə başlayacağı haqda da məlumat verilib. Beləliklə də ABNA.CO saytı yeni ildə 20 dildə öz fəaliyyətinə başlayacaqdır.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır