Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, azı 497 yaraqlı Suriyanın müxtəlif bölgələrində silahlarını yerə qoyaraq Suriya Milli Ordusuna təslim olublar.
Məlumata görə, Suriya Xalq Hakimiyyətinə qarşı vuruşan yaraqlılar Dəməşq yaxınlıqlarında, Homs, Həma, İdlib, Hələb və Qamışlı şəhərlərində təslim olublar.
Qeyd edək ki, Suriya Hakimiyyəti Milli Barışıq elan etdikdən sonra, suriyalı yaraqlılar dəstə-dəstə silahlarını yerə qoyaraq müqavimət göstərmədən Suriya Dövlətinə təslim olurlar.
Bildirək ki, Milli Barışığa qoşulanlara haqda ümumi əfv fərmanı elan olunub.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır