Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Rusiyanın xarici işlər naziri Sergey Lavrov verdiyi açıqlamada bildirib: “ABŞ dövlət katibi Con Kerri Rusiyaya planlaşdırdığı səfəri təxirə salıb”.
C.Kerri Rusiyaya səfərlə bağlı qarşı tərəfə ilkin razılıq versə də, müəyyən səbəblərlə əlaqədar səfərini təxirə salıb. Bu səfərin Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Barak Obamanın təşəbbüsü ilə təşkil olunduğu bildirilir.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır