27 fevral 2014 - 20:30
Qətərin paytaxtında terror hadisəsi baş verdi + Foto

Qətər Dövlət və Bələdiyyə Təhlükəsizliyinin ümumi direktoru Səd Bin Casiyə əl-Xəlifə, AFP-yə verdiyi açıqlamalarında baş verən terror hadisəsində 12 adamın öldüyünü, 3-ü ağır olmaq üzrə 31 adamın da müxtəlif dərəcəli bədən xəsarətləri ilə yaralandığını ifadə edib.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Suriya və İraqda fəaliyyət göstərən vəhşi “təkfirçi” ünsürləri dəstəkləyən Qətərin paytaxtı Dohada dünən böyük bir partlayış aktı qeydə alınıb.

Hadisə Paytaxtakı ticarət mərkəzin arxasında yerlələşən restoranların birində baş verib.

Qətər Dövlət və Bələdiyyə Təhlükəsizliyinin ümumi direktoru Səd Bin Casiyə əl-Xəlifə, AFP-yə verdiyi açıqlamalarında baş verən terror hadisəsində 12 adamın öldüyünü, 3-ü ağır olmaq üzrə 31 adamın da müxtəlif dərəcəli bədən xəsarətləri ilə yaralandığını ifadə edib.

Xəlifə, güclü partlayıç hadisəsinin neft ofisinə bitişik duran bir restorandakı qaz anbarında meydana gəldiyini bildirib.

Partlayışda ölü və yaralı düşənlər arasında yalnız bir nəfərin qətərli olduğunu, digərlərinin isə müxtəlif Ərəb və Asiya dövlətlərindən gələn imiqrantların olduğunu söyləyən Xəlifə, daha sonra ölənlərin sayının çox olmasındakı əsl səbəbin yanğın deyil məhz şarapnel parçaları olduğunu bildirib.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır