Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Dünya Azərbaycanlıları Hüquqlarının Müdafiəsi Assambleyası “DAHMA” bəyanat yayımlayaraq Ali Təqlid Mərcəsi Ayətullah Sistani cənablarının Azərbaycan Respublikası ilə bağlı hadisələri yaxından izlədiyi və Hicab Məhbuslarının haqqında dua etdikləri üçün dərin minnətdarlığını bildirib.
Bəyanatın tam mətni belədir.
Dünya Şiələrinin Ali Təqlid Mərcəsi Ayətullah Üzma Sistani həzrətləri (sayəniz üzərimizdən əskik olmasın) bizim səmimi səlam və eşqimizi qəbul edin.
Azərbaycan Respublikası əhalisinin 98%-i Müsəlmandır. Bunun isə 85%-i On iki İmam Şiələridir. Onlar İslamı Ali Şərəf və Din ünvanında qəbul edib onunla iftixar edirlər.
Azərbaycan Respublikasının tarixçəsinə qısa bir baxış da bunu göstərir ki, İslam bu diyarın əsil huviyyətini təşkil edir. Belə ki, bu diyar hələ Sovet imperiyasının dəmir qapıları arxasında həbs olunmazdan öncə, İslam Dünyasına xeyli sayda üləma bəxş edib. O, cümlədən:
Şəhriyar Məlik Şərəf, mərhum Şəhid Şeyx Qəni Badkubei.
İrfan və Fəlsəfə Ustadı, mərhum Ayətullah Seyyid Huseyn Badkubei.
Böyük Fəqih və Əməl Sahibi mərhum Mirza Əbdül Ğəffar Ordubadi.
Molla Sədra Qəfqazi ləqəbi ilə məhşurlaşan Ayətullah Seyyid Muhəmməd Badkubei və s-ə işarə etmək olar.
Bəli bir gün Din və Dindarlığın, Elm və Ədəb gəhvarəsi olan Azərbaycan Respublikası Dünyanın ikinci Şiə ölkəsidir. Fars şairi Münəccim Yəzdi demişkən: “Ba Təşəyyo cəmaətəş dər miyane Şirvaniyan şohrəte təmam darəd” – yəni: Xalqının Şiəçiliyi ilə, bütün Şirvanlılar arasında məşhurdur.
70 il ömür sürən küfr və ateist rejimi dağıldıqdan sonra, bu ölkənin qeyrətli insanları dinlərinə əsaslanaraq aram həyat tərzi sürməyə çalışdılar. Lakin Qərb öz istikbarçı siyasəti ilə, bu millət üçün başqa planlar hazırladı və bu çirkin planların icraçısı isə, bu ölkənin başçıları oldu.
Belə ki, Azərbaycan Respublikasının başçıları xalqının dini və milli adət-ənənələrinin şanlı keçmişini unudaraq, Müsəlman xalqın dini inanclarına qarşı genişmiqyaslı hücuma keçiblər.
Buna misal olaraq, Məscidlərin dağıdılıb və yaxud bağlanması, Məscidlərin minarələrindən Azanın verilməsinə qadağa qoyulması, rəsmi sənədlərdə Hicabla şəkil çəkdirilməsinə qadağa qoymaq, televiziya kanallarında Dini verlişlərə qadağa qoyulması, hərbi hissələrdə namaz qılınmasının qadağan edilməsi, Elmi Hövzələrin açılışına icazə verilməməsi, Ali Təqlid Mərcələrinə aid ofislərin rəsmi sürətdə fəaliyyət göstərilməsinə qadağalar tətbiq etmək, Hicab Qadağasına etiraz edən dindarları həbs etmək, bədnam “evrovision 2012” fəsad müsabiqəsinin keçirilməsi, həmçinin Muhərrəm ayında şərab müsabiqəsinə start verilməsi və. s. cinayətləri göstərmək olar.
Vəhhabilik, Bəhailik, xristianlıq, Türk nurçuluğunun təbliği və onlarla küfr və azğın firqələrin fəaliyyətlərinin genişləndirilməsi bütün bunlar hammısı anti-İslam qərb hökmüdarlarının və onların Azərbaycandakı əlaltılarının gördükləri işlərdir.
Əhli Beyt (əleyhimus səlam) Aşiqlərinin belə bir çətin anlarında görüşünüzə gəlmiş bir qrup azərbaycanlı ziyarətçilərə “Mənim salamımı zindanlardakı mübarizlərə çatdırın və onlara deyin ki, gecə ibadətlərində onlara dua edirəm” deməniz dini müdafiə etdikləri üçün zindana salınmışlara təsəlli və bütün Ali-Məhəmməd yetimləri üçün ümid səbəbi oldu.
“Böyük bəla” gününün nümunələrindən olan gündə, hamımızın imtahan anlarını yaşadığımız zamanda olduğumuza görə, Azərbaycan Respublikasında baş verən hadisələri izləyib, hicab məhbuslarını müdafiə etdiyi üçün Ali Məqamlı Təqlid Mərcəsinə dərin minnətdarlığımızı bildiririk. Səmimi qəlbdən onun üçün Allah Təaladan uzun və izzətli ömür sürməsini istəyirik.
Vəssəlamu ələykum rə rəhmətullahi və bərəkətuh
Dünya Azərbaycanlıları Hüquqlarının Müdafiəsi Assambleyası
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır