18 fevral 2014 - 20:30
Müxalifət Ukraynada silahlı çevriliş edir + Foto

Qeyd edək ki, rəsmi məlumatlara əsasən bu günə kimi Ukrayna qarşıdurmalrında 10 nəfəri Milis- polis əməkdaşı olmaqla 30-a yaxın insan həlak olub. Müxalifətçilər müxtlif növ soyuq və odlu silahlarla silahlanıblar.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Ukraynada müxalifət silahlı çevrilişə cəhd edir. Yerli informasiya vasitələrinin verdiyi məlumata görə, Ukraynanın Xmelnitsk şəhərində müxalifət tərəfdarları trolleybusu ələ keçirərək onun köməyi ilə Ukrayna Təhlükəsizlik Xidmətinin yerli şöbəsinin binasına hücum edərək, darvazalarını sındırıblar. Qarşıdurmalar nəticəsində bir qadın qətlə yetirilib, 3 nəfəri isə yaralanıb.

Həmçinin məlum olub ki, Çernovitsı vilayətində etirazçılar qubernatoru istefaya məcbur ediblər.

Volın vilayətinin qubernatoru Aleksandr Boşkalenko da etirazçıların təzyiqi ilə üzləşib. Belə ki, etirazçılar istefa verməkdən imtina edən qubernatoru yerə yıxaraq döyüblər. Daha sonra quduzlaşmış etirazçılar onu qandallarla səhnəyə bağlayıblar. Etirazçılar bildiriblər ki, istefa ərizəsini yazdıqdan sonra A.Boçkalenko sərbəst buraxılacaq.

Qeyd edək ki, rəsmi məlumatlara əsasən bu günə kimi Ukrayna qarşıdurmalrında 10 nəfəri Milis- polis əməkdaşı olmaqla 30-a yaxın insan həlak olub. Müxalifətçilər müxtlif növ soyuq və odlu silahlarla silahlanıblar.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır