Bəziləri belə düşünür ki, İmamın səhabələri onun qardaşları və bir neçə muzdlu işçiləri olduğundan onların heç bir fəziləti yoxdur. Lakin məsələ tamam başqa bir şeydir.Bu səhabələr təqvaları, ağılları və öz ixtiyarları ilə İmam Hüseyn (ə)- ı seçib onu müdafiə ediblər. Özlərini Allaha qurban, Peyğəmbərə (s) fəda ediblər.Dünən onlardan bir neçəsinin haqqında danışdıq. Bu gecə də İmamın hüzurunda şəhid olan həmin şəxsiyyətli, təqvalı səhabələrdən bir neçəsinin adını çəkmək istəyirəm.Bu səhabələrdən biri Hürr ibni Yəzid Riyahidir. Hürr, İbni Ziyadın əmriylə İmamın yolunu kəsdiyi üçün İmam ona öz etirazını bildirdi. Hürr isə başını aşağı salıb heç bir söz demirdi. Sonralar isə o öz ağlı imanı, ixtiyarı və atasının göstərişi ilə İmama tərəf qayıtdı.Hürr öz qəbilə adamları arasında böyük nüfuza malik, güclü bir şəxsiyyət idi. Bütün bunlara baxmayaraq o qumlar üzərində sürünə-sürünə İmamın hüzuruna gələrək tövbə etdi. İmam Hürrü qəbul etdikdən sonra o gedib meydanda şəhid oldu. Buradan belə bir sual çıxır. Allah hansı səbəbə görə Hürrü hidayət etdi ki, tövbə edərək belə bir şərəfə nail oldu? Böyük alimlər buna belə bir cavab yazırlar: Hürr imamət-vilayətin qarşısında çox ədəblə rəftar etdiyindən Allah onu bədbəxt etmək istəmədi. Bu ədəb nümunələrindən biri budur ki, Hürr İmam qoşunlarını müşayət edərkən öz dostları ilə gəlib bir yerdə mənzil saldılar. Orada Həzrət (ə) Hürrə buyurdu: - Siz gedin orada namaz qılın, biz isə namazlarımızı burada qılacağıq.Hürr bu sözdən çox utandı. Çünki onlar hamısı İmamı tanıyırdılar və bilirdilər ki, başqa məsələ altında, başqa adla, başqa bir iş görürlər. Hürr utandığından, xəcalətindən başını aşağı saldı. Sonra işarə ilə öz adamlarına bildirdi ki, gəlib İmamla birlikdə namaz qılsınlar. Həzrət isə ona buyurdu ki, namazlarını başqa bir yerdə qılsınlar. Hürr söylədi: - Ağa, Sənin hüzurunda ikinci bir namaz təşkil edib imamlıq etmək mərifətsizlikdir. İcazə ver sənin arxanda namaza duraq.O, burada öz ədəbini göstərdi.Göstərdiyi ikinci ədəb nümunəsi isə budur: Karvan gəlib Mədinə və Kərbəla arasında olan yol ayrıcına çatdıqda Hürr yolu bağlayaraq dedi: - Mədinəyə tərəf olmaz. Yalnız Kərbəlaya tərəf yol açıqdır. İmam gördü ki, onları ölümə tərəf çəkirlər və bildi ki, Hürrün dəstəni artıq bədbəxt edərək cəhənnəmlik ediblər. Həzrət bilirdi ki, özü şəhid olub xoşbəxtliyə yetişəcək. Amma burada çox adamın əli İmamın qanına bulaşacaq. İmam onlara baxraq dedi: - Anan matəmində otursun, nə istəyirsən? (Bu ifadəni ərəblər birinin digərinə acığı tutarkən, etiraz olaraq işlədərlər). Hürr bu zaman çox şey edə bilərdi. Amma o heç bir reaksiya vermədən belə dedi: - Ağa mən sənin adını xeyirdən başqa heç cürə dilimə gətirə bilmərəm, çünki, sənin anan Peyğəmbərin (s) qızı Zəhradır (s). Mən onun adını heç cürə dilimə gətirə bilmərəm.Böyük alimlərdən biri yazır ki, Allah bu ədəbinə görə Hürrə qiymət verərək, onun bədbəxt insanlar arasında qalmasına razı olmadı. Allah onun bəsirətini açaraq hidayət etdi. Çünki həya və ədəb çox gözəl xislətdir.Əli (ə) buyurur: «Həya və ədəb bütün xeyrlərin açarıdır».Əgər insanda həya olsa bütün pisliklərdən uzaq olar. Ona görə də Allah Hürrə bu əcri verdi Allah Hürrə şəhadət bəxş etdi.Yazırlar ki, Hürr şəhid olarkən İmam gəlib onun başı üzərində oturdu, üzündə ki, qanı əli ilə təmizləyərək bir ifadə işlətdi. Bu cümlə də bizə yadigar qalıb. Həzrət buyurur: «Sən hürrsən (yəni, azad insansan). Anan da adını Hürr qoyub. Sən həm dünyada hürrsən (azadsan, yəni heç bir şeyə bağlı olmadın) həm də axirətdə. Azad olduğun üçün bu həqiqətə çatmaqda heç bir şey sənə mane olmadı. Buna görə də axirətdə də hürrsən».«Saffat» surəsinin 128-ci ayəsində Allah axirətdə azad olmanın mənasını «Qiyamət günü bütün insanları məhkəməyə çağıracaqlar. Bu məhkəməyə çağırılanlardan yalnız bir neçəsi istisna olunacaq. Onlar da axirətə azad gedən, ixlaslı, təqvalı insanlardır» belə izah edir.Bu səbəbdən də İmam buyurur ki, sən dünya və axirətdə azadsan. Sənə heç bir sorğu-sual olmayacaq. O bir insandır ki, bu yolu məcburi seçməyib. Bir tərəfdə məqam, mənsəb, vəzifə olduğu balda digər tərəfdə ölüm var, qan var. Məhz belə bir şəraitdə o öz iradəsi və eşqiylə bu yolu seçib gedir.İmam Hüseynin (ə) səhabələrindən ikincisi Coundur. Coun, Fəzl ibn Abbas adlı bir şəxsin qara dərili qulu idi. Əli (ə) onu pulla alıb azad etdikdən sonra onu Əbuzərə köməkçi verdi. Əbuzərr onu qəbul etdikdən sonra qalıb bir müddət Əbuzərlə işlədi. Üçüncü Xəlifənin dövründə üzə düz söz söyləməsi ucbatından onu Rəbəzəyə sürgün etdilər. Əbuzər sözü üzə deyən bir şəxs idi. Peyğəmbər (s) buyurmuşdu: «Allah yer üzərində Əbuzər kimi düz danışan insan yaratmayıb. Bütün insanlar behiştin həvəsindədir. Amma Behiştin 4 nəfərə həvəsi var. Bunlar Əli (ə), Salman, Miqdad və Əbuzərdir».Əbuzər belə şəxsiyyət idi. Haqq tərəfdarı olduğuna görə də onu sürgün etdilər. Hətta sürgün edərkən «haradan acığın gəlir?» - deyə soruşdular (bilirdilər ki, düz deyəcək). O, Rəbəzədən zəhləsi getdiyini bildirdi. Məhz buna görə onu Rəbəzəyə sürgün etdilər. Bir müddətdən sonra Coun geri qayıtdı, sonra Əli (ə) -in yanına gəlib dedi: Əbuzər ölüb, icazə ver sənə xidmət edim. Beləliklə Coun, Əli (ə)-a, sonra İmam Həsən (ə)-a, daha sonra isə İmam Hüseyn (ə)-a xidmət etdi. Aşura günü İmam Hüseyn (ə) -ın yanına gəlib meydana getmək üçün ondan izn istədi. İmam isə bildirdi: - Sənin iznin artıq öz əlindədir. Bir vaxt sənin rahatlığın bizimlə idi. İndi ki, biz giriftar olmuşuq, daha sən də bizə görə giriftar olma. Sən artıq azadsan. Coun İmamın cavabında dedi: - Mən, sizin xoş vaxtınızda süfrənizin başında oturub qarnımı doyururdum, amma indi ki, iş belə gətirib mən səni necə qoyub gedə bilərəm?! Ey Peyğəmbər balası, bilirsən ki, mən zənciyəm, bədənimdən xoşagəlməz iy gəlir, heç fəxr etməyədə şərafətli atam-babam yoxdur. Olar ki, mən də sənin hüzurynda şəhid olub bu şərafətə nail olum? Sən mənə lütf et, qoy bədənimdəki xoşagəlməz qoxu getsin, gözəlləşim və rəngim ağarsın. Mənim qara qanım sənin qanına qarışmayınca səndən ayrılmayacağam. Sonra ərəb dilində şer oxumağa başladı. Qılıncı götürüb meydana getdi və dediyinə əməl etdi. Ömrünün son saatlarında yerə yıxılmış halda İmam onun başının üstündə əyləşərək Counun istəkləri üçün Allaha belə dua edir: «İlahi, bunun qara rəngini ağart, bədəninin qoxusunu xoş ətirli et! Onu ən gözəl insanlarınla məşhur et və onu Peyğəmbər və Ali peyğəmbərdən ayırma!».Tarixdə var ki, on gündən sonra onun cənazəsini tapırlar. Bu zamana qədər şəhidlərin bədənlərini bəzi tayfalar gəlib dəfn etmişdirlər.İmam Bagir (ə) nəql edir: «Counun bədəni tapılarkən ağappaq idi və bədənindənə gələn xoş ətir ətrafı bürümüşdü. Coun İmaməti dərk edərək əbədi səadətə qovuşdu.»İmamın səhabələrindən biri də Hənzələ ibni Səd Şəbanidir. Kufədə Həmdam adlı bir yerdə yaşayan üç qəbilədən biri Şəbandır. Hənzələ bu qəbilədən olan çox şəxsiyyətli, qariye-Quran və cəsarətli bir adam idi. İmamın yola düşdüyünü eşitdikdə gəlib ona qoşuldu. O, bu səfərdə İmama çox kömək oldu. Ömər Sədlə müzakirələrdə İmam Əbəlfəzl ağa ilə yanaşı onu da göndərirdi. Aşura günü o da İmamdan izn istədi. Əvvəl gedib qarşı tərəfin qoşununu moizə etdi. Sonra isə İmamın yanına gələrək dedi: - Yəbnə Rəsulillah, indi icazə verirsən Allahın hüzuruna köçüb orada öz qardaşlarıma qoşulum? Həzrət buyurdu: - Get! Sənin bu yolun dünya və dünyadakı hər bir yoldan yaxşı və xeyirlidir. Get əbədi olan səltənətə. (Yəni Kərbəlada şəhid olmaq əbədi və sonu olmayan səltənətə qovuşmaqdır.)Hənzələ ağlaya-ağlaya xudahafizləşib ayrılaraq gedib şəhid oldu. Beləliklə o da öz iradəsi ilə ağadan icazə alıb, öz yolunu seçdi və gedib şəhid oldu.Kərbəlada bu şərəfə nail olanlardan biri də İmamın Azərbaycanlı qulamibır. Yazırlar ki, türk dilli olan bu qül müsəlmanlar arasında şərafətli bir adam idi. Burada dahi şəxsiyyət Füzulinin «Hədiqətüs-süəda» kitabında bu şəxs haqqında yazdıqlarını qeyd etmək yerinə düşərdi. Füzuli yazır: «Kərbəla şəhidlərindən birinin adı Müslümdür. Bu Müslüm Azərbaycanlıdır. Müslüm meydanda bir qədər vuruşduqdan sonra atdan yıxıldı. Bu zaman İmam Hüseyn (ə) və Həbib ibn Məzahir onun başı üzərinə gəldilər. Müslüm gözünü açıb Həzrətə baxdı. İmam buyurdu: - Mənim salamımı cənnət əhlinə çatdır və deki, mən də yaxın anlarda onlara qovuşacağam.» Füzuli burada bir beyt şer yazıb. Yazır ki:Ey xoş ol saat ki, sərfe rahe-canan ola.Göstərib aşiq vəfa məşuqinə qurban ola.Deyir: Müslüm Həzrətə baxıb bu sözləri dedi. Gülümsündü və sonra şəhid oldu. Füzuli qeyd edir ki, İmam sözünü qurtardıqdan sonra Həbib gəlib Müslümün başı üzərində dayanaraq dedi: - Əgər mənim səndən sonra şəhid olacağını bilməsəydim xahiş edərdim ki, vəsiyyətini mənə edəsən. Amma mən tez bir zamanda səndən sonra şəhid olacağam. Müslüm Həbibə baxıb dedi: - Yox, mənim sənə sözüm var. Əgər özünü zamanın imamına qurban verməsən orada sənə xeyri yoxdur. Vəsiyyətim budur ki, canını imama qurban ver, onu sənə tapşırıram. Həbib, məbada sağ qaldığın halda gözün önündə onu öldürsünlər. Bunları deyib gülümsəyərək şəhid oldu. İnsanın dünyadan gülə-gülə getməsi böyük şərafətdir. Bu hər adama nəsib olmur. Müslümün başı üzərində imamın gözü yaşardı və ağladı.Kərbəlada İmam 4 yerdə ağlayıb. Onun ikisi Əbəlfəzl üçündür. Biri Əbəlfəzl döyüş üçün icazə istəyəndə digəri isə Əbəlfəzl ağanın başı üzərində. Üçüncüsü oğlu Əli-Əkbər icazə istəyərkən, dördüncüsü isə azərbaycanlı qulamın başı üzərində.Kərbəlada nə ağın, nə qaranın, nə ərəbin, nə də əcəmin heç bir fərqi yox idi. Orada hamı eşqlə Allahı, Peyğəmbəri (s), Quranı və Əhli-beyti özünə hədəf seçmişdi. Əhli-beyt bayrağı altında döyüşənlər üçün milliyət, şəxsiyyət meyar deyildi. Burada meyar eşq və onun mənası idi.Burada iki nəfər də Bəni-haşimidən qeyd edək. Bəni haşimdən olan Əbəlfəzl digərlərindən fərqlənmirdi. O, İmamdan izn istəyərkən onun ətəyindən yapışıb icazə istədi.Yapışıb daməne mövlaye vəfadarımdan.Elə bil hacı tutub Kəbənin astanından.Şəbnəmi xiclət axır naleyi rüxsarındanYusif heyrətdə qalıb qərmiye bazarındanHarda Yusif bu qədər qərmiye bazar eləyib.
Yazırlar ki, İmam çox şiddətlə ağlayaraq buyurdu: - Qardaş axı sən ələmdarsan. Sən getsən, qoşun pərakəndə düşəcək. Əbəlfəzl ağa söylədi: - Yəbnə Rəsulillah, ürəyim darıxır, qala bilmirəm. Xahiş edirəm mənə icazə ver. Bu həyatdan doymuşam. Bu həyatı istəmirəm. Qoy bu münafiqlərlə savaşıb onlardan şəhidlərin intiqamını alım, onları görən gözüm yoxdur. Ağa ona su gətirməyə icazə verdi. Sudan qayıdarkən onu mühasirəyə aldılar. Qoşunla üzbə-üz dayanan Əbəlfəzl ağa bu şeri oxudu: «Məni ölümlə qorxudursunuz. Mən ölümdən qorxmuram, çünki, bu ölüm, izzətdir, ucalıqdır. Mənim canım Peyğəmbər və Ali peyğəmbərin qalxanıdır». Orada vurub bir qolunu kəsdilər. Ələmi o biri əli ilə tutdu. Sonra buyurdu: «Siz mənim əlimi kəssəniz də mən öz dinimdən, Peyğəmbər (s) və onun balalarından əl çəkməyəcəyəm. Son nəfəsimə qədər onları müdafiə edəcəyəm». Sol əlini də vurub kəsdikdən sonra öz-özünə xitab edərək dedi: «Ey mənim nəfsim, bu kafirlərdən qorxmursan. Mən sənə muştuluq verirəm ki, Allahın rəhməti sənə nazil olacaq. Bunlar öz zülmləri ilə mənim əllərimi kəsiblər. Pərvərdigara bunları cəhənnəmlik et. Mən öz imamımı axıra qədər himayə edəcəyəm.» Bunları deyib atdan yerə yıxıldı. Bu məqamda İmam onun başı üzərinə gəldi. İmam orada bir ifadəi işlətdi. Halbu ki, heç bir yerdə və heç bir kəsin başı üzərində onu deməyib. İmam ağlayaraq şerlər oxudu və əlini belinə qoyaraq dedi: «İndi hiss edirəm ki, mənim belim sındı.» İmam Əbəlfəzl ağanın cənazəsini götürüb xeymələrə tərəf apardı.Həzrət Əli Əkbər ağa da belə idi. Əgər bir insanda iman olmasa heç vaxt deyə bilməz ki, mən ölümdən qorxmuram. Ölümdən qorxmamaq iki cürdür. Bir dəstə ölümü heç başa düşmür. Deyir ki, mən qorxmuram. Bir dəstə isə çox abid və zahid insanlardır. Bilirlər ki, o dünya bu dünyadan gözəldir. Ona görə də deyirlər ki, biz olümdən qorxmuruq. Həzrət Əli (ə) buyurur: «Uşaq anasının südünü yemək üçün axtardığı kimi mən ölümü axtarıram!» Camaata deyirdi: «Əgər bilsəniz öləndən sonra onlar nə görür, (qüssədən) heçnə yeməzdiniz» Əli (ə) bilirdi ki orada nə var. Odur ki, başına qılınc zərbəsi dəyərkən söylədi: «And olsun Kəbənin Allahına, dincəldim.» Əbəlfəzl ağa deyəndəki mən ölümdən qorxmuram bilirdi nə deyir. Çünki İmam Tasua gecəsi onların hamısının cənnətdəki məqamlarını göstərmişdi. Bunlar bəsirət və elm üzündən deyirlər ki, biz ölümdən qorxmuruq.Əli Əkbər ağa da Əbəlfəzl kimi idi. O necə danışıb, bu da elə danışıb. Hələ yolda İmam Əli Əkbərə dedi: «Belə bir yuxu gördüm. Gördüm ki biz gedirik. Ölüm də bizim arxamızca gəlir. Əli Əkbər soruşdu: - Ağa haqq bizimlədir? İmam dedi: - Haqq bizimlə, biz də haqqlayıq! Əli Əkbər dedi: - Onda nə qorxusu var. Çünki, biz haqqla birik. İmam sevinclə buyurdu: - Allahın sənə ən gözəl xeyir və savab əta etsin, ey oğul!»Əli-Əkbər Aşura günü icazə üçün İmamın yanına gəldi. İmam ağlayaraq dedi: - Sənin ayrılığın mənim üçün çətindir. Əli Əkbər söylədi: - Ağa qoy qılınclar mənə doğrasın, amma islam və Əhli-beyt yolu aradan getməsin. Mənim canım sizin qalxanınızdır». Eynilə Əbəlfəzlin sözlərini təkrar etdi. İmam üzünü göyə tutub dedi: «İlahi, meydana bir cavan gedir ki, həm surətdə, həm əxldaqda, həm də danışıqda Peyğəmbərə (s) oxşayır. Biz Peyğəmbər üçün darıxanda Əli Əkbərin surətinə baxardıq.»Əli Əkbərin meydanda atdan salındığını görən İmam meydana gələrək onun başı üzərində dayandı. Əli Əkbər üzünü İmama tutub dedi: Ata, cəddim Peyğəmbər bir qabda mənə su verdi. Bundan sonra mən daha susuz olmayacağam. Sənin üçün də əlində bir qab su saxlayıb. Bunları deyib şəhid oldu. İmam əyilərək üzünü onun üzünə qoyub buyurdu: «Allah səni öldürənləri öldürsün! Nə səbəb oldu ki, bunlar Peyğəmğbərə və Əhli-beytə hör