Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, vəkil Yalçın İmanov bildirib: “Nicat Əliyev həbs olunarkən onun maşınından və üstündən 900 manat pul, “BlackBerry” mobil telefonu, sürücülük vəsiqəsi, hərbi bilet, evindən “Notebook” kompüteri, “Saz” modemi və 140-a yaxın kitab aparıblar. Hökmün verilməsini gözlədik görək ki, götürülən əşyalarla bağlı hansı münasibət bildiriləcək. Məlum oldu ki, hökmdə xüsusi müsadirəyə cəlb edilmə ilə bağlı heç nə yoxdur.
Əşyaların geri qaytarılması üçün işin ilkin istintaqını aparan Yasamal Rayon Polis İdarəsinin müstəntiqi Canəli Nuriyevə müraciət etdim. Canəli Nuriyev bildirdi ki, əşyaların hamısı işin istintaqını sonradan aparan və ittiham aktını tərtib edən Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin müstəntiqi Mehdi Mirzəyevə təhvil verilib. Mehdi Mirzəyevə də müraciət etdim, guya bu işlə məşğul olacağını bildirdi. Təəssüf ki, müraciətdən müəyyən müddət ötməsinə baxmayaraq cavab yoxdur.
Qanunun tələbinə görə, Nicat Əliyevin əşyaları sahibinə qaytarılmalıdır. Bunu nəyə görə saxlayırlar, məqsəd nədir, anlaya bilmirəm”.
İslamçı jurnalist Nicat Əliyev bədnam “evrovision 2012” fəsad müsabiqəsi və “geyparad”-a etiraz etdiyi üçün mövcud anti-İslam əliyevlər rejimi tərəfindən həbs edilərək Bakı Ağır Cinayətlər Məhkəməsinin 9 dekabr hökmü ilə 10 il müddətinə azadlıqdan məhrum edilib.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır