17 dekabr 2013 - 20:30
Hələb rayonunda onlarla terrorçu öldürüldü

Həmçinin Hələbin rayonun Mərkəzi Həbsxanası və Kindi xəstəxanası, ha belə Bab və digər bölgələrdə terroristlərin toparlanma yerləri Suriya Milli Ordusu tərəfindən hədəf alınaraq, döyüş sursatı yüklü bir çox yük maşınlarını müşayiət edən terrorçularla birlikdə təsirsiz hala gətirdi.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Suriya Milli Ordusu Hələb şəhərinin Sear, Sükkəri, Cəzmati, Haydariye, Sahur, Nakkarin, Hanano və Ənsari səmtlərində çoxlu sayda terrorçunu öldürüb bir çoxlarını da yaralı salaraq; Kərm əl Dada, Gənclik Mərkəzləri, Şeyx Dahir, Həlk Yolu, Sənaye Bölgəsi və Nəyrəbin qərbində terroristlərə aid bir çox yuvanı daxilindəkilər ilə birlikdə darmadağın edib.

Suriya Milli Ordusu həmçinin Hələbin rayonun Mərkəzi Həbsxanası və Kindi xəstəxanası, ha belə Bab, Şəhab Fermaları, Kveyris, Erbid və Kiəyks bölgələrində terroristlərin toparlanma yerlərini hədəf alaraq, döyüş sursatı yüklü bir çox yük maşınlarını müşayiət edən terrorçularla birlikdə təsirsiz hala gətirdi.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır