Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, İranın yüksəkrütbəli müzakirəçisi Abbas İraqçı ötən gün (çərşənbə 17 dekabr) Belçikada çıxan Lo Sovar qəzetinə verdiyi müsahibədə bildirib ki, İran İslam Respublikası müzakirələrin ekspertlər səviyyəsində keçirilməsi üçün hazırdır. Bu müzakirələr 2013-cü il 13 dekabr dayandırıldı.
İraqçı ötən gün Bürüsseldə Avropa İttifaqı xarici siyasət koordinatoru xanım Katrin Aşton ilə keçirdiyi görüşü ilə əlaqədar deyib: Xanım Aşton Amerika, İngiltərə, Çin, Rusiya, Fransa və Almaniya üstə gəlməklə 5+1 qrupunun Cenevrə anlaşmasının icra olunmasında əzmkar olduqları haqa əminlik verib və texniki müzakirələrin tezliklə başa çatacağının tərəfdarıdır.
İranın xarici işlər nazirinin müavini deyib: Xanım Aştonun açıqlamalarının ardınca, müzakirələrin Vyanada yenidən başlanması haqda qərara gəldik və hazırda isə Vyanada keçiriləcək müzakirələrin zamanı haqda lazımı ahəngdarlıqlar həyata keçirilir.