16 dekabr 2013 - 20:30
Hizbullahın Bəəlbəkdəki mərkəzində terror törədilib

Livanda Milli Birlik hökumətinin qurulmasına müxalif olan qüvvələr tərəfindən Bəəlbək şəhərində yenidən partlayış törədilib. İçərisinə partlayıcı quraşdırılmış maşın Hizbullahın mərkəzi qərargahının yaxınlığında partladılıb.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Təhlükəsizlik qüvvələrindən verilən xəbərə görə, hadisə bu gün səhər Bəəlbək şəhərinin yaxınlığındakı Səbubən məntəqəsində baş verib. Nəticədə bir neçə dinc sakin yaralanıb. Hizbullahın silahlı qüvvələri və təhlükəsizlik qurumları ərazini mühasirəyə alıb.

Hizbullahın təhlükəsizlik qüvvələri yolda dayanmış şübhəli bir avtomobilə atəş acıb. Bir neçə dəqiqə davam edən atışmadan sonra avtomobil sürüçüsü ilə birgə partlayıb.

Hizbullahın yaydığı bəyanatda hadisə zamanı ölən və yaralananların olmadığı bildirilir.