13 dekabr 2013 - 20:30
Malaziyalı siyasi xadim: “Şiələrin təqib olunmasının əsas səbəbi xalqı mövcud problemlərdən yayındırmaqdır”

Malaziyalı siyasi xadim, xanım Dyana Sofiya deyib: “Hazırda Şiələrlə bağlı məsələ Malaziya xalqının diqqətini özünə cəlb edib. Belə ki, bu layihə Malaziya xalqının gündəlik ağır yaşayış xərclərinin öhdəsindən necə gələcəkləri problemi üzərinə lazım həddə kölgə salıb”.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, son aylar Malaziyada dövlət səviyyəsində Şiəfobia siyasətlərinə start verilib. Belə ki, ötən həftə Malaziyada böyük siyasi partiya sayılan “Malaziya Birləşmiş Millətlər Təşkilatı (UMNO Youth)” partiyasının gənclər şöbəsi, Malaziya parlamentinin digər nümayəndələrinə müraciət edərək, Federal ölkənin qanun əsaslarında Malaziyada yalnız Əhli Sünnət məzhəbinin davamçılarının rəsmi Müsəlman kimi tanınmasını təklif edib.

“Malaziya Birləşiş Millət Təşkilatı (UMNO Youth)” partiyasının gənclər şöbəsinin nümayəndəsi iddia edib ki, qanunda aparılan islahatlar sırf İslam Dinin Şiə xətərindən amanda saxlanılması üçündür.

Lakin bu hadisədən sonra Malaziya ziyalıları və şəxsiyyətləri arasında belə mürtəce və anti-İslam layihələrə qarşı etirazlar günü-gündən genişlənməkdədir.

Belə ki, Malaziyanın siyasi xadimlərindən biri olan xanım Dyana Sofiya bəyanat yayımlayaraq, Malaziyada genişlənməkdə olan Şiəfobia siyasətlərini kəskin məhkum edərək, bu anti-Şiə cərəyanın məhz dövlət qrumları tərəfindən düşünülmüş sürətdə meydana atılaraq, ölkədə günü gündən artmaqda olan sosial problemləri xalq kütləsinə unutdurmaq məqsədi ilə həyata keçirildiyini bildirib.

Malaziyalı siyasi xadim, xanım Dyana Sofiya deyib: “Hazırda Şiələrlə bağlı məsələ Malaziya xalqının diqqətini özünə cəlb edib. Belə ki, bu layihə Malaziya xalqının gündəlik ağır yaşayış xərclərinin öhdəsindən necə gələcəkləri problemi üzərinə lazım həddə kölgə salıb”.

O, daha sonra bildirib: “Daxili İşlər Naziri “Əhməd Zahid Həmidi” bir neçə gün öncə elan etdi ki, Şiələr ilə mübarizə aparmaq məqsədi ilə “Şəriət Polisi” adlı xüsusi təyinatlı qrup yaradacaq”.

Malaziya ziyalı xanımlarından olan Dyana Sofiya daha sonra Daxili İşlər Nazirin sözlərinə tənə ilə cavab verərək bildirib: “Onlar, əlbətdə bir məsələni unudublar ki, Malaziyada çoxlu sayda beynəlxalq tələbələr təhsil alırlar. O cümlədən bu tələbələr daxilində əksəriyyəti İran İslam Respublikasından olan Şiə tələbələr təşkil edir”.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır