13 dekabr 2013 - 20:30
ABŞ: Sentinental şəhərindəki liseyiə silahlı basqın olub

Sentinental şəhərindəki liseyiə olunan silahlı hücum nəticəsində 2 şagird yaralanıb. Onlardan birinin vəziyyəti ağırdır.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, dekabr ayının 12-də ABŞ-ın Kolorado ştatında yerləşən Sentinental şəhərindəki liseyiə silahlı basqın edilib. Nəticədə 2 şagird yaralanıb. Onlardan birinin vəziyyətinin ağır olduğu bildirilir.

Hadisə yerinə gələn polis qüvvələri məktəbin bütün müəllim və işçiləri olmaqla şagirdləri dəqiq yxlanışdan keçiriblər. Lakin cinayətkar isə hücumdan sonra atəş açaraq özünü öldürüb. Yalnız cinayətkarın meyyiti ələ keçib.

Qeyd edək ki, terror aktı törədilmiş məktəb, Avrora şəhəri yaxınlığında yerləşir. Ötən il şəhərin filimteatr zalında baş vermiş atışmada 12 nəfər qətlə yetirilmişdir. Həmçinin 1999- cu ildə qeyd olunan Avror şəhərinin Kolumbayn məktəbinin 12 km aralığında bir müəllim olmaqla 14 şagird güllələnərək öldürülmüşdür.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır