5 dekabr 2013 - 20:30
Nuri Maliki cənabları Məşhəd şəhərinə gedərək İmam Rzanı (ə) ziyarət etdi

Nuri Maliki cənabları Məşhəd şəhərinə qədəm qoyduğu an ilk növbədə səkkizinci İmam, Əli ibni Musa Rza (əleyhis səlam) həzrətlərinin münəvvər məzarını ziyarət edib.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, İran İslam Respublikasında işgüzar səfərdə olan İraqın Baş Naziri Nuri Maliki cənabları bu gün 6 Dekabr 2013 tarix, yerli vaxtla sübh radələrində Məşhəd şəhərinə daxil olub.

Səfər zamanı İraq Baş Naziri Nuri Maliki cənablarını İraqın Nazirlər Heyətindən ibarət bir qrup siyasilər də müşayiət edib.

İran İslam Respublikasındakı işgüzar səfəri sona yetən İraq Baş Naziri Məşhəd şəhərinə daxil olduğu an Məşhəd əyalətini valisi Muhəmməd Huseyn Fruzan Mehr və İraqın Məşhəd şəhərindəki konsulu tərəfindən Məşhəd Hava Limanında rəsmi sürətdə qarşılanıb.

Nuri Maliki cənabları Məşhəd şəhərinə qədəm qoyduğu an ilk növbədə səkkizinci İmam, Əli ibni Musa Rza (əleyhis səlam) həzrətlərinin münəvvər məzarını ziyarət edib.

Qeyd edək ki, nurani hərəmin müxtəlif yerlərini ziyarət etmək, siyasi və dini şəxsiyətlər ilə görüşmək, İraq Baş Nazirinin Məşhəd səfərindəki planlardan biri olub.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır