3 dekabr 2013 - 20:30
Trablosda Məscid yaxınlığında arvad libası geyinmiş növbəti təkfiçi ələ keçdi + Foto

Üzünü niqabla örtmüş vəhabiyə şübhələnən əl-Qubbə məntəqəsinin əhalisi, yaraqlını tutaraq Livan Təhlükəsizlik Nazirliyinin əməkdaşlarına təhvil veriblər.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, bu gün Livanın Trablos şəhərində Müsəlmanlar arasında qardaş savaşını alovlandıran sələfi-vəhabi yaraqlısı yaxalanıb.

Belə ki, Trablos şəhərinin əl-Qubbə məntəqəsinin əhalisi, Həmzə Seyyidi Şühəda (əleyhis səlam) adına Məscid yaxınlığında arvad paltarı geyinmiş 20 yaşlı vəhabini yaxalayıblar.

Üzünü niqabla örtmüş vəhabiyə şübhələnən əl-Qubbə məntəqəsinin əhalisi, yaraqlını tutaraq Livan Təhlükəsizlik Nazirliyinin əməkdaşlarına təhvil veriblər.

Hələlik hadisənin xırdalıqları haqda heç bir məlumat verilməyib.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır