16 noyabr 2013 - 20:30
Malaziyada İmam Hüseyn (ə) əzası saxlanıldı

Xüsusi ilə Tasua və Aşura günlərində daha möhtəşəm keçirilən mərasimdə Höccətül İslam vəl Müslimin Kiyai Nejad cənabları çıxış edib və Əhli Beyt (əleyhimus səlam) məddahı olan Zəmani cənabları isə rozə və mərsiyəıər oxuyaraq məclis əhlinin göz yaşlarını axıtmışdır.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, ötən illərdə olduğu kimi bu il də, Mahi Muhərrəm daxil olmaqla Malaziyanın Paytaxtı Kuala Lunpur, Pənang və Cuhur şəhərlərində İmam Hüseynə (əleyhis səlam) əza saxlanılıb.

İran İslam Respublikasının Malaziyadakı Mədəniyyət Mərkəzi tərəfindən keçirilən mərasimdə Malaziyada yaşayan iranlılarla yanaşı digər millətlər də, o cümlədən Malazıya vətəndaşları da yaxından iştirak edə biliblər.

Kuala Lumpur şəhərində əza məclisi Muhərrəm ayının birindən onuncu gününə (Aşura) kimi saxlanılıb. Xüsusi ilə Tasua və Aşura günlərində daha möhtəşəm keçirilən mərasimdə Höccətül İslam vəl Müslimin Kiyai Nejad cənabları çıxış edib və Əhli Beyt (əleyhimus səlam) məddahı olan Zəmani cənabları isə rozə və mərsiyəıər oxuyaraq məclis əhlinin göz yaşlarını axıtmışdır.  

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır