Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Ali Xəlifə vəhabi padşahlıq rejimin muzdlu qüvvələri, ölkənin müxtəlif bölgələrində Mühərrəm ayına adiyyatı olan İmam Hüseynlə (əleyhis səlam) bağlı “Aşura Atributları”na amansız hücumlar edərək, bəner və plakartlar üzərində həkk olunmuş Aşura faciəsinə dair bütün şəkilləri para-para edərək dağıdıblar.
Yerli mediaların bildirdiyinə görə, Mühərrəm ayı başlanan gündən bəri, azğın Xəlifə sülaləsinin güc strukturları, Mühərrəm ayı ilə əlaqədar ağır tədbirlər həyata keçirərək, əzadarlıq mərasimlərinin bərpa edlməsi ilə mübarizə aparırlar.
Lakin qeyd etmək lazımdır ki, bütün bunlara baxmayaraq, Bəhreynin yorulmaz Şiə xalqı sakit oturmayaraq, öz əzadarlıq mərasimlərini ötən illərə nisbətən daha da möhtəşəm sürətdə həyata keçirirlər.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır