7 noyabr 2013 - 20:30
4 milyon körpənin iştirakı ilə “On birinci Hüseynçi Südəmər Körpələr Ayini” keçirildi

İran İslam Respublikasında isə, qeyd olunan proqramla yanaşı başqa ölkələrdən tam fərqli olaraq, 10:00-da “Həzrəti Məhdiyə (ə.f) Olunan Nəzrnamə” südəmər körpələrin anaları tərəfindən toplum halda oxunaraq, öz körpə övladlarını Həzrəti Vəliyyi Əsr, İmam Zaman (Allah onun zhurunu tezləşdirsin) cənablarına nəzr ediblər.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, bu gün, 8 noyabr, 2013 tarix, səhər 10:00 radələrində bütün dünyada olmaqla yanaşı, İran İslam Respublikasında da, 4 milyon körpənin iştirakı ilə “On birinci Hüseynçi Südəmər Körpələr Ayini” keçirilib.

Mərasim, “Ümümdünya Həzrəti Əli Əsğər (əleyhis səlam) Assambleyası”nın köməkliyi ilə,on ildir ki, ardıcıl olaraq, hər Muhərrəm ayının ilk Cümə günü xüsusi tən-tənə ilə keçirilir. Bu il də, keçən illərdə olduğu kimi, ilk öncə Qurani Kərimin tilavəti ilə, açlışa başlayaraq, daha sonra həzrəti Əli Əsğər (əleyhis səlam) rozələri, mərsiyələri və şerləri oxunmaqla mərasim öz işinə davam edib.

İran İslam Respublikasında isə, qeyd olunan proqramla yanaşı başqa ölkələrdən tam fərqli olaraq, 10:00-da “Həzrəti Məhdiyə (ə.f) Olunan Nəzrnamə” südəmər körpələrin anaları tərəfindən toplum halda oxunaraq, öz körpə övladlarını Həzrəti Vəliyyi Əsr, İmam Zaman (Allah onun zhurunu tezləşdirsin) cənablarına nəzr ediblər.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır