Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Livan Hizbullah Müqavimət Təşkilatının Baş Katibi Höccətül İslam vəl Müslimin Seyyid Həsən Nəsrullah cənabları, İmam Hüseyn (əleyhis səlam) əzadarlıq məclislərinin təşkilatçı idarəsinin məsul şəxsləri ilə görüşdə bildirib: “Təkfirçi, sələfi qruplaşmalrı tərəfindən Aşura Məclislərini terror hədəfinə alacaqları ilə bağlı verilən bəyanatları, nə inki bizə belə məclisləri xüsusi şövqlə keçirməyimizə və daha da akitv olmağımıza qüvvət verir, hətta bu növ bəyanatlar səbəb olur ki, biz çıxşlarımız zamanı İslam Ümməti arasında vəhdətin daha da möhkəmlənməsinə səbəb olan, məzhəb qarşıdurması yaratmayan xütbələr söyləyək”.
Seyyid Həsən Nəsrullah çıxışı zamanı bir çox məsələlərə toxunduqdan sonra, Suriya məsələləri haqda da danışaraq bildirib: “Düşmən qüvvələri Suriyada heç bir siyasi dəyişiliklərin və islahatların aparılması lehinə deyildir. Onların məkirli planları, Fələstin və Livan Müqavimət Təşkilatları arxasında dayanmış Suriya Müqavimət Dövlətini dağıtmaqdır. Elə biz də buna görə, Suriya höküməti tərəfində möhkəm dayanmışıq”.
Livan Hizbullah Təşkilatının Baş Katibi daha sonra bildirib: “Düşmən qüvvələrinin Suriya Hökümətinə qarşı planlarının böyük hissəsi - ki, bəzi qonşu ölkələrin təlaşları sayəsində Suriyada böhranın siyasi yollarla həll olmasına maneəçilik törədirdilər,- artıq zərərsizləşdirilib”.
“Suriya bu böhranı mütləq geridə qoyacaq. Bu ölkənin problemi sözsüz ki siyasi yollarla öz həllini tapacaq, xüsusi ilə belə bir dönəmdə ki, müharibə yolu ilə mövcud böhranın həll olunması artıq dalana dirənib. Əminliklə deyə bilərik ki, biz artıq qarşıda gələn tarixi qələbəni qeyd etmək üçün son anları yaşayırıq”.- deyərək, Seyyid Həsən Nəsrullah cənabları tam yəqinliklə qeyd etdi.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır