Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, bu gün Suriya Milli Ordusu müxtəlif bölgələrdə muzdlu və təkfirçi terror qruplarına qarşı xüsusi təyinatlı əməliyyatları davam etdirərk, bir çox terror yuvası və onlarla terroristi darmadağın edib.
Vətən qoruyucuları Dəməşqin Berzi bölgəsində Mətbəə Cəmiyyət Təşkilatı və Təlim-Tərbiyyə kanalı binalarında toplaşan azğın sələfi terrorçuların bir çoxunu ölü, qalanlarını isə yaralı salaraq binaları tam nəzarət altına keçirib.
Hərbi qaynaqlardan verilən məlumatda isə, Suriya Milli Ordusu əməliyyatlar zamanı terrorçulara aid böyük bir tunel aşkarlayıb. Tunelin bir çox kanalları olduğu və kamera sistemiylə təchiz edildiyi qeyd olunur.
Qaynaq daha sonra bildirib: “Suriya Milli Ordusu, Dəməşq ətrafında, Həvş Ərəb bölgəsinin cənubunda, Sahlı məntəqəsinin şimalında, Cəracir rayonun cənub-şərqi və Yəbrud bölgəsinin şimalında, ha belə Ədra bölgələrində çox sayda terror yuvaları və gizli qərargahları daxilindəki sürsatlar ilə birgə darmadağın edib.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır