31 oktyabr 2013 - 20:30
Tehran Cümə Namazının Rəhbəri: “Amerikaya ölüm” şüarını və nüvə danışıqlarını paralel aparırıq”

Seyyid Əhməd Xatəmi: “Avropa Birliyi rəsmiləri deyəndə “Biz İrana qarşı təzyiq və müzakirələri eyni vaxtda aparırıq”, biz də bildiririk ki, biz “Amerikaya ölüm” şüarını və nüvə danışıqlarını paralel aparırıq”.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, 1 noyabrın 2013 tarixdə İran İslam Respublikasının Paytaxtı Tehranın Cümə Namazına rəhbərlik edən Höccətül İslam vəl Müslimin Seyyid Əhməd Xatəmi çıxış edərək xütbəsində İran İslam Respublikaının Qərblə apardığı nüvə danışıqlarından söz açıb, həmçinin ABŞ-ın şeytani siyasətlərini məhkum edən sərt bəyanatlar səsləndirib.

Cənab Xatəmi Amerikaya qarşı Müqavimət Əhval Ruhiyyəsinin qorunub saxlanmasına təkid edərək bildirib: “Quranda zülmkarların simvolu Firondur. Zülmkarlar isə özlərini hamıdan üstün sayır, yuxarıdan onlarla davranırlar. Bu gün Amerika rəsmiləri də belədirlər. Amerika son əlli ildə istər birbaşa, istərsə də dolayı yolla dünyanın 25 ölkəsinə hərbi hücum edib. Bu gün ölkədə bəziləri əhaliyə belə bir səhv fikri aşılamağa çalışırlar ki, ölkə problemləri guya Amerika ilə münasibətlər bərpa olunduqdan sonra aradan qaldırılacaq. Lakin tarixi gerçəklik göstərir ki, münasibətlər bərpa olunsa, bu problemlər daha da artacaq. Bunu bilmək lazımdır ki, amerikalılar gəlsələr, ardınca dinsizlik, istibdad və millətlərin təhqiri də gələcək.

Zülmkarların işi təhdiddir. Bu təhdidin qarşısını almağın yolunu da “Quran” göstərib. O da müqavimətdir. Amerika ilə münasibətlər təcrübəsi göstərir ki, bu ölkə (Amerika) müzakirə yolu ilə heç kəsə heç nə verməyib. Onlar yalnız müqavimət dilini başa düşürlər. Avropa Birliyi rəsmiləri deyəndə “Biz İrana qarşı təzyiq və müzakirələri eyni vaxtda aparırıq”, biz də bildiririk ki, biz “Amerikaya ölüm” şüarını və nüvə danışıqlarını paralel aparırıq”.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır