Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, İraqın “Sədr” Hərakatının qabaqcıllarından biri olan Höccətül İslam vəl Müslimin Seyyid Hazim əl-Ərəci təkid edərək bildirib: “Əgər əl-Məhdi Ordusu işğal olunmuş Fələstin torpaqlarına daxil olarsa, bu torpaqları sionist işğalçılarının çəngindən azad etmək qüdrətindədir”.
Höccətül İslam vəl Müslimin Seyyid Hazim əl-Ərəci, daha sonra bildirib: “Yada salaq ki, əl-Məhdi Ordusu Amerika işğalçıları üçün Bağdadın əl-Kərx məntəqəsindəki ən böyük bir maneə idi. Buna Amerika işğalçı ordusunun zabitlərindən biri etiraf edərək, ABŞ ordusunun həlak olmuş əskərlərinin məhz əl-Məhdi Ordusu tərəfindən həyata keçirildiyini bilidirib”.
Seyyid Ərəci daha sonra deyib: “əl-Mehdi Ordusu hələlik dondurulmuş vəziyyətdə qalmaqdadır, biz hamıdan tələb edirik ki, bu vəziyətə sadiq qalıb heç bir hərbi əməliyyatlar həyata keçirməsinlər. Əks təqdirdə baş verən əməliyyatlar qarşısında əl-Məhdi Ordusu heç biri məsuliyyət daşımayacaq. Bu Muqtəda Sədrin verdiyi fərmandır”.
O, sonra bildirib: “Hal hazırda əl-Mehdi Ordusunun əsas hədəfi İraqın daxilində vəhdət və birliyin möhkəmləndirilməsinə köməklik etməkdir. Lakin bununla belə, bir qrup hərbiçilərimiz daim hazır vəziyyətdə qalaraq lazım olan sürətdə Din və Məzhəbin qorunub yaşanması uğrunda meydana daxil olmaqlarını gözləsinlər”.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır