Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Almaniya Kəşfiyyat Nazirliyinin əməkdaşları bildiriblər ki, bu ölkədən Suriyaya müharibə etmək üçün 210 nəfərdən artıq terrorçu yollanıb.
Bildirək ki, qeyd olunan bu rəqəmlər Almaniya Hökümətinin Qanun Aliliyindən Himayət Komitəsi tərəfindən öz təsdiqini tapıb.
Komitə heyətinin sədri “Hans Gerog Masn”nın bildirdiyinə görə, almaniyalı terrorçuların əksəriyyətini cavanlar və onların da böyük həcmini qız uşaqları təşkil edir.
Masn bildirib ki, bu böhranlı vəziyyətlə bağlı lazımı addımlar atılmalıdır.
“Bizim əlimizdə olan statistika yalnız məlumat əldə edə bildiyimiz şəxslərə aid edilir. Bu səbəbdən də Suriyada döyüşən alman vətəndaşların həqiqi statistikası qeyd olunan rəqəmdən qat-qat çox ola bilər” – deyə Hans Gerog Masn bildirib.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır