24 oktyabr 2013 - 20:30
Hacı Abgülün növbəti məhkəmə prosesi keçiriləcək

Vəkilin bildirdiyinə görə, proses noyabrın 6-da Bakı Apellyasiya Məhkəməsində baş tutacaq.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, vəkil Cavad Cavadlı məlumat verərək bildirib: “Ruhani Abgül Süleymanovun məhkəməsi keçiriləcək”.

Vəkilin bildirdiyinə görə, proses noyabrın 6-da Bakı Apellyasiya Məhkəməsində baş tutacaq.

Xatırladaq ki, aprelin 24-də Qaradağ Rayon Məhkəməsi Abgül Süleymanovun 6 ay müddətinə Qobustan həbsxanasına köçürülməsi haqqında qərar çıxarıb.

Qeyd edək ki, Ruhani Abgül Süleymanov 2011-ci ilin avqust ayında ŞƏRLƏNƏRƏK həbs olunub. O, qondarma maddələr ilə təqsirli bilinərək avqustun 10-da Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 11 il müddətinə azadlıqdan məhrum edilib.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır