18 oktyabr 2013 - 20:30
"VƏTƏN" Blokunun toplantısı keçirildi

Toplantıda 9 Oktyabr prezident seçksinin nəticələri və seçkidən sonrakı dövrdə ictimai-siyasi vəziyyət geniş müzakirə edildi.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, ötən gün İslam Partiyasının ofisində "VƏTƏN" Blokunun toplantısı keçirildi.

Toplantıda Ədalət Partiyasının sədr müavini Etimad İsmayılov, İslam Partiyasının sədr əvəzi Elçin Manafov, sədr müavinləri İnqilab Əhədli və Akif Heydərli və Yaşıllar Partiyasının həmsədri Mayis Güləliyev iştirak etdilər.

Toplantıda 9 Oktyabr prezident seçksinin nəticələri və seçkidən sonrakı dövrdə ictimai-siyasi vəziyyət geniş müzakirə edildi.

Toplantı iştirakçıları partiyalararası əməkdaşlığın genişlənməsinə və VƏTƏN blokunun gələcək fəaliyyət planlarına xüsusi diqqət çəkdilər.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır