18 oktyabr 2013 - 20:30
“Hürriyet” qəzetinin saytında qondarma Dağlıq Qarabağ respublikası müstəqil dövlət kimi göstərilib + Foto

Saytın abunə olmaq üçün nəzərdə tutulan bölməsindəAzərbaycanın erməni dığaları tərəfindən işğal olunmuş ərazisində elan edilən qondarma “Dağlıq Qarabağ Respublikası” müstəqil dövlət ünvanında göstərlir

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Türkiyənin nurçuyönlü “Hürriyet” qəzetinin internet saytında Azərbaycan ərazi bütövlü sual altına aparılıb.

Belə ki, saytın abunə olmaq üçün nəzərdə tutulan bölməsində (Kaydol) ölkə adlarının arasında Azərbaycanın erməni dığaları tərəfindən işğal olunmuş ərazisində elan edilən qondarma “Dağlıq Qarabağ Respublikası”nın da adı var.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır