Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Frans Press agentliyi məlumat yayımlayaraq bildirib: “Bu həftə Pakistandan Fransaya deportasiya olunan Əl-Qaidə terrorçu təşkilatının nüfuzlu üzvü Namen Meziçe (Naamen Meziche) cinayətkar qrupun tərkibində terror fəaliyyəti ilə məşğul olmaqda ittiham olunur”.
1990-cı illərdə Fransadan Əfqanıstana yollanan və daha sonra Almaniyaya köçən Meziçe 10 ildən artıq müddət ərzində xüsusi xidmətlərin nəzarəti altında olub. O, yalnız ötən il Pakistan xüsusi xidmətləri tərəfindən həbs olunub.
KİV-də yayılan məlumata əsasən, Meziçe Avropada cihad qruplaşmaları ilə əlaqələrin saxlanmasına yardım edib.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır