7 oktyabr 2013 - 20:30
Hicab məhbusunun məhkəməsi təxirə düşdü

Xatırladaq ki, həbs edilərkən Nahid Qəhrəmanovun üstündə 17 min ABŞ dolları olub. Pulun haradan gəldiyi istintaqda dəqiqləşdirilib. Nahid Qəhrəmanov həbs olunmamışdan əvvəl ailəsinə məxsus torpaq sahəsini satıbmış.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Oktyabrın 8-də Nərimanov Rayon Məhkəməsində dini fəal Nahid Qəhrəmanovun məhkəmə prosesi keçirilməli idi. Amma dövlət ittihamçısı məhkəmədə iştirak etmədiyinə görə proses təxirə düşüb. Məlumatı “Media forum” saytına vəkil Bəxtiyar Hacıyev verib.

Növbəti proses oktyabrın 18-nə təyin edilib.

Nahid Qəhrəmanov 2012-ci il oktyabrın 5-i Bakıda, Təhsil Nazirliyinin binası qarşısında keçirilmiş “Hicaba azadlıq” aksiyasına görə tutulub. O, Cinayət Məcəlləsinin 315.2 (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) və 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) maddələri ilə ŞƏRLƏNİLİR.

Xatırladaq ki, həmin aksiyaya görə 35 nəfər azadlıqdan məhrum edilib. Həbs edilərkən Nahid Qəhrəmanovun üstündə 17 min ABŞ dolları olub. Pulun haradan gəldiyi istintaqda dəqiqləşdirilib. Nahid Qəhrəmanov həbs olunmamışdan əvvəl ailəsinə məxsus torpaq sahəsini satıbmış.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır